loading...
şiə-oyan
bakili بازدید : 43 شنبه 30 اردیبهشت 1391 نظرات (0)

“Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dini mərkəz olaraq dini-mənəvi dəyərlərimizə zidd olan gey-parad keçirilməsinə heç bir zaman haqq qazandırmayıb. Bununla bağlı bizə bildirilən iradların heç bir əsası yoxdur”. Modern.az-ın məlumatına görə, bu barədə QMİ-nin mətbuat xidməti İran İslam Respublikasının Bakıdakı səfirliyinin yaydığı bəyanata cavab olaraq bildirib.
QMİ-nin açıqlamasında qeyd olunub ki, Azərbaycan dövləti və cəmiyyəti də belə bir aksiyanın əleyhinədir və beynəlxalq musiqi tədbiri çərçivəsində belə bir halın baş tutacağı ilə bağlı ehtimal yürütməyə heç bir əsas yoxdur.
”Rəsmi səviyyələrdən QMİ-yə məlumdur ki, Bakıda milli-mənəvi dəyərlərimizə zidd hər hansı aksiya keçirilməyəcəkdir və deməli, narahatçılığa ehtiyac yoxdur. Lakin narahatlıq doğuran məqam bundan ibarətdir ki, olmayacaq tədbir ətrafında səngiməyən söz-söhbətlər qonşu dövlətlərimiz, xalqlarımız arasında münasibətlərə xələl gətirən xoşagəlməz meyllər yaratmışdır. QMİ olaraq, hər iki tərəfdən dövlət rəmzlərinin, dövlət və din xadimlərinin təhqir olunması kimi yolverilməz halları qətiyyətlə pisləyir və belə hallara son qoyulmasına çağırırıq”-deyə QMİ-nin açıqlamasında bildirilib. (Modern)
P.S. Əcəba, dini liderin (liderlərin yox, Şeyx!) təhqir olunduğu aksiyada MTN-nin dovşanı, cənabınızın çəpişi Tahir Qarabağinin nə ölümü vardı? Bu dünyadan aparacağın bir şey vardı, onu da əldən verdin Şeyx! O dünyada Əhli-beytlə məşhur olmaq arzun vardı, Enn Dörs qapıları üzünə bağladı. Sən də ki Yusif deyildin bu tələdən qurtulasan!

ارسال نظر برای این مطلب

کد امنیتی رفرش
اطلاعات کاربری
  • فراموشی رمز عبور؟
  • آرشیو
    آمار سایت
  • کل مطالب : 1
  • کل نظرات : 0
  • افراد آنلاین : 1
  • تعداد اعضا : 0
  • آی پی امروز : 2
  • آی پی دیروز : 3
  • بازدید امروز : 1
  • باردید دیروز : 0
  • گوگل امروز : 0
  • گوگل دیروز : 0
  • بازدید هفته : 1
  • بازدید ماه : 1
  • بازدید سال : 5
  • بازدید کلی : 117